Yunan-Roma güləşi üzrə Azərbaycanın bu millisi yenə Avropa çempionu oldu
ARDICIL 2-Cİ DƏFƏ

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub. Güləş tariximizdə növbəti parlaq nəticə qeydə alınıb. Belə ki, yeniyetmələrdən ibarət milli komandamız həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb.

 

Senzor.az Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançımızdan 8-i fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55 kq) və Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıblar.

 

Beləliklə, 2 qızıl 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığmamız 175 xalla Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da millimiz titulunu qoruyub. Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.