Ceyhun Bayramov ÜST-nin Baş direktoru ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, IX Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.

 

Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-nin  ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

 

Baş direktor Tedros Qebreyesus Azərbaycanın COVID-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa vetdiyi töhfəni minnətdarlıqla qeyd edib.

 

C.Bayramov, qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib.

 

ÜST rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib.

 

Görüşdə, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.