Muzdluların əksəriyyəti Ukraynaya Polşa, Kanada və ABŞ-dan gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov deyib.
“Bu gün biz bu statistik məlumatları açıqlayacağıq. Beləliklə, Avropa ölkələri arasında Polşa həm muzdluların gəldiyi, həm də ölü sayına görə şəksiz liderdir. Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya 1831 nəfər gəlib, onlardan 378 nəfəri artıq məhv edilib və 272 muzdlu vətəninə qayıdıb. Onlardan 504-ü Rumıniiyadan gəlib, 102-si ölüb, 98-si isə geri qayıdıb. Üçüncü yerdə isə Böyük Britaniyadır: 422 gəliş, 101 ölüm, 95 geri qayıdan”, - deyə Konaşenkov vurğulayıb.
Onun sözlərinə görə, bu siyahıda Amerika qitəsindən Kanada liderdir: “601 nəfər gəlib, 162 nəfər öldürülüb, 169 nəfər isə sağ qalıb. İkinci yerdə ABŞ qərarlaşıb: 530 nəfər. 214-ü öldürülüb, 227 nəfər isə geri qayıdıb”.