Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.
Senzor.az bildirir ki, bu barədə Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.
""Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, onları salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - deyə Hikmət Hacıyev yazıb.