Rusiya Litvanı hədələdi
ÇOX SƏRT ŞƏKİLDƏ

“Litva tərəfindən Kalininqrad vilayətini faktiki blokadaya almaq cəhdi Rusiyanın bu region üzərində suverenliyinin pozulmasıdır”.

 

Bu barədə rusiyalı senator Andrey Klişas iyunun 20-də özünün “Telegram” kanalında yazıb.

 

Bu, "Rusiya tərəfindən çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər" deyə senator Litvanı hədələyib.

 

Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiya Şurasının Suverenliyin Müdafiəsi Komissiyasının rəhbəri Andrey Klimov Avropa İttifaqından (Aİ) Kalininqradın Litva tərəfindən blokadaya alınması ilə bağlı vəziyyəti düzəltməyi tələb edib.

 

Əks halda, o, Rusiyanın problemi həll etmək üçün “vuran əl”dən istifadə edə biləcəyini vurğulayıb.

 

 

Modern.az-dan xatırlatma: Bir neçə gün əvvəl Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirmişdi ki, Litva Dəmir Yolları Aİ sanksiyalarına daxil olan böyük bir qrup malın tranzitinin dayandırılması barədə Kalininqrad Dəmir Yolunu xəbərdar edib. İlkin hesablamalara görə, bu, tikinti materialları, sement və metallar daxil olmaqla, malların çeşidinin 40-50 faizini təşkil edir. Tranzit iyunun 18-də saat 00:00-da dayanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.