Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri Ukrayna ordusunun 10 minə yaxın hərbçisi həlak olub, 30 minə yaxını yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, yaralı əsgərlərin təxminən 96-98 faizi yenidən ordu sıralarına qayıdır.
O da bildirilib ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1477 tankını, 3 588 zirehli maşınını, 749 artilleriya sistemini, 223 reaktiv yaylım atəşi sistemini, 98 hava hücumundan müdafiə sistemini, 216 təyyarəsini, 181 helikopterini, 601 operativ-taktiki PUA-sını, 130 qanadlı raketini, 14 gəmi/qayığını, 55 xüsusi texnikasını və 2527 avtomobilni məhv edib.