Rusiya və Ukrayna arasında növbəti dəfə ölən hərbçilərin cəsədlərinin mübadiləsi baş tutub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna daha 35 hərbçinin meyitini geri alıb.
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyindən verilən məlumata görə, meyitlərin təhvil verilməsi Zaporojye vilayətində baş tutub. Qeyd olunur ki, həlak olan ukraynalı hərbçilərin meyitlərinin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq davam edir. Rusiyaya isə daha 50 hərbçinin meyiti təhvil verilib.