Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin parlamentdə illik hesabatla çıxışı səs-küyə səbəb olub.
“Report” xəbər verir ki, onun Avropa Komissiyasının iyunun 17-də Gürcüstanla bağlı tarixi qərar qəbul etdiyini söyləməsi müxalifəti təmsil edən deputatlar arasında narazılıq yaradıb.
Deputat Xatia Dekanoidze hökumət başçısına bir neçə dəfə “satqın” və “qul” sözlərini ünvanlayıb.
Səs-küy səbəbindən İ.Qaribaşvili çıxışını bir neçə dəqiqə ərzində davam etdirə bilməyib. O, müxalif deputatların sakitləşdirilməsi üçün dərman və həkimə ehtiyacın olduğunu deyib.
Spiker Şalva Papuaşvili müxalifət nümayəndələrinə xəbərdarlıq etsə də, deputatlar çağırışa məhəl qoymayıblar.
Baş nazir çıxışını səs-küy altında davam etdirib.