Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri Ankarada görüşdülər - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.

 

Senzor.az Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

 

Hulusi Akar Türkiyə-Britaniya münasibətlərinin strateji xarakter daşıdığını deyib. Terrorla, xüsusilə PKK/YPG-İŞİD və FETÖ ilə mübarizədə əməkdaşlığın əhəmiyyəti ifadə edilib.

 

Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə verilən dəstəklə bölgədə sülh və sabitliyin bərpası üçün tezliklə atəşkəs elan edilməli olduğu qeyd edilib.

 

Eyni zamanda, taxıl probleminin həlli istiqamətində aparılan işlərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi barədə məlumat verilib.

 

Görüşdə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılıq ifadə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.