Rusiya hava hücumundan müdafiə sistemi hərbçilərinin atdığı raket özlərini vurub.
Bu barədə “İnformNapalm” məlumat yayıb.
Məlumata görə, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altında olan Alçevskdə baş verib. Yayımlanan videolarda rus qoşunlarının Ukrayna hərbçilərinin qarşısını almaq üçün raket atdığı, lakin bir dəqiqə sonra raketin trayektoriyasını dəyişərək atıldığı yerə düşdüyü əks olunub. Nəticədə yaşayış binalarından bir qədər aralıda güclü yanğın baş verib.