Bu gün Belarus ərazisindən Ukraynaya ilk aviazərbə endirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
“Bu, Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Rusiya Federasiyasının genişmiqyaslı təxribatıdır. Bugünkü atəşlər Kreml hakimiyyətinin birbaşa iştirakçı kimi Belarusu Ukraynadakı müharibəyə cəlb etmək cəhdləri ilə bağlıdır”, - məlumatda qeyd olunub.