Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriya və İraq ərazilərində PKK-ya növbəti dəfə ağır zərbə vurublar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Suriyanın şimalında yerləşən “Fırat Qalxanı“ antiterror rayonunda 5 PKK/YPG terrorçusu, İraqın şimalında isə 2 PKK üzvü məhv edilib.
Nazirlik rəsmi saytında əməliyyatları əks etdirən videomaterial da yayıb.