İyunun 26-sı səhər saatlarında Kiyevin Şevçenko rayonuna raketlər düşməsi nəticəsində iki yaşayış binasına ciddi ziyan dəyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Merin sözlərinə görə, hazırda binada yaşayan sakinlərin xilasetmə və təxliyə işləri aparılır. Binaların demək olar ki, tamamilə dağıldığı və yaşayış üçün yararsız vəziyyətə düşdüyü bildirilib.