Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə Alyansın rəhbəri “Tvitter”də yazıb.
“NATO Sammitində biz yaxın tərəfdaşımız Ukraynaya indi və daha uzun müddət üçün dəstəyi artıracağıq. NATO müttəfiqləri sizinlədir”, - Y.Stoltenberq qeyd edib.