Rusiya iki gündə Ukrayna ərazisinə 150-220 milyon dollarlıq raket atıb - “FORBES” NƏŞRİ

Rusiya iyunun 25-26-da Ukrayna ərazisinə ümumi dəyəri 150-220 milyon dollar olan raket atıb.

 

ABŞ-ın məşhur “Forbes” nəşrinin yaydığı məlumatda belə deyilir.

 

Həmin günlərdə Rusiya Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıb. Raketlərin əksəriyyəti Jitomir (30) və Çerniqov (20) vilayətlərinə düşüb. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də Rusiya qoşunlarının raket hücumlarına məruz qalıb.

 

Məlumata görə, Rusiya əlində olan bütün raketlərdən, o cümlədən, "Toçka-U", "X-22", "Oniks", "İskəndər", "Kalibr" və "X-101" raketlərindən istifadə edir.

 

Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Raketlərdən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. 

 

Son məlumata görə, hücum nəticəsində 18 nəfər həlak olub, 40-a yaxın insan isə itkin kimi axtarışdadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.