Ukrayna ilə Rusiya arasında hərbçi meyitlərinin növbəti mübadiləsi aparılıb

Ukrayna və Rusiya Zaporojye vilayətində həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini aparıblar. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal edilmiş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Ukraynanın 46 müdafiəçisinin cəsədi qaytarılıb.

 

Məlumatda deyilir: “Zaporojye vilayətində həlak olmuş Ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması üzrə növbəti əməliyyat təşkil olundu. Ukrayna 46 qəhrəman müdafiəçinin meyitinin layiqincə dəfn edilməsi üçün geri qaytardı. Onlardan 21-i “Azovstal”ın müdafiəçisi idi”.

 

Xatırladaq ki, Ukrayna ilə RF arasında meyitlərin bundan əvvəlki mübadiləsi iyunun 21-də həyata keçirilmişdi. Həmin mübadilədə Ukrayna tərəfinə 35 hərbçinin meyiti qaytarılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.