Ukraynada müharibə davam edir.
Senzor.az bildirir ki, Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Kiyevdən son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün də Ukraynada gərgin keçib. Rusiya ordusunun atdığı raket nəticəsində Nikolayev şəhərində yaşayış binası dağıntılara məruz qalıb. Ölən və yaralananlar var.
Kiyevdə isə şəkər tozu zavodu dağıdılıb. Bu hadisə nəticəsində də xəsarət alanlar olub.
Bundan başqa, Donetskdə azərbaycanlılara məxsus restoran və mağaza raket atəşi nəticəsində dağıdılıb. Hadisə gecə saatlarında baş verdiyi üçün xoşbəxtlikdən heç kəs xəsarət almayıb.
Ətraflı Baku TV-nin süjetində: