Ukrayna Prezidenti Volodimir Zelenski Suriyanın “müstəqil” “dxr” və “lxr”i tanımasını mənasız hekayə adlandırıb.
Senzor.az UNİAN-a istinadən bildirir ki, Prezident bu barədə videomüraciətində danışıb.
"Rusiya axır ki, Suriyanı sıxa-sıxa ondan Donbasdakı işğalçı strukturları guya müstəqil dövlətlər kimi tanıması barədə bəyanat aldı. Belə olan halda, Suriya ilə daha heç bir əlaqə olmayacaq və əksinə, Suriyaya qarşı sanksiya təzyiqi daha da böyük olacaq", - deyə V.Zelenski vurğulayıb.
Xatırladaq ki, dünən-iyunun 29-da Suriya “dqr” və “lqr”in “müstəqilliyini” tanıyıb. Suriya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda psevdorespublikalarla diplomatik əlaqələr quracaqlarını bildirib.
Senzor.az