"Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.
"Ümumiyyətlə, bilirsiniz ki, Rusiya dinc Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında artıq 3000-ə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu göstərir.
İlk növbədə, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti belə şər mövcud olduqca tək qalmamalıdır”, - deyə Zelenski bildirib.
Dövlət başçısı onu da xatırladıb ki, bu gün, iyulun 1-də Rusiya ordusu Odessa vilayətinin Sergeevka kəndindəki adi yaşayış binasına növbəti dəfə amansız raket zərbəsi endirib.
O əlavə edib ki, bu hücum nəticəsində 2-si uşaq olmaqla 19 nəfər ölüb, 30-dan çox insan yaralanıb.