Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirib
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu bununla bağlı Prezident Vladimir Putinə artıq məruzə edib.
Müdafiə naziri bildirib ki, Lisiçansk şəhəri və ona bitişik bir sıra ərazilər üzərində tam nəzarət təmin olunub. Həmçinin Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora qəsəbələri də Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Onun sözlərinə görə, ümumilikdə, son sutka ərzində 182 kvadrat kilometr ərazini nəzarətə götürmək mümkün olub.