Tbilisidə aksiya davam edir - ETİRAZÇILAR HÖKUMƏT BİNASININ QARŞISINA TOPLAŞIBLAR

Gürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan “Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib.

 

“Report” xəbər verir ki, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar səhər saatlarından etibarən səs-küylə, fitlə və zərb alətlərində çalmaqla hökumətin siyasətinə etirazlarını ifadə edirlər.

 

Təşkilatçılar bildiriblər ki, hakim “Gürcü Arzusu” Partiyasının siyasəti ölkənin Avropa gələcəyinə təhdid yaradır.

 

Bu gün hökumətin növbəti iclası keçirilməlidir. Administrasiya qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar ərazini tərk etməyəcəklərini bildiriblər.

 

Qeyd edək ki, aksiyanın əsas tələbi Baş nazir və hökumətin istefası, həmçinin Milli barışıq hökumətinin yaradılmasıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.