İraq ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 5 ən təhlükəli üzvü həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İraq Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Rəsul məlumat verib.
O bildirib ki, terror qruplaşmasının 4 üzvü ilə yanaşı, rəhbərlərindən biri Əbu-Əli Bağdadi də həbs edilib. Terrorçular qəsdən adam öldürməkdə, terror aktları törədərək dövlətə və insanlara zərər vurmaqda, hərbçilərə qarşı cinayətdə ittiham olunurlar.
Mətbuat katibi nəzərə çatdırıb ki, xüsusi əməliyyatlar İraqın Süleymaniyə, Kərkük, Səlahəddin və Əl-Anbar vilayətlərində həyata keçirilib. Onun sözlərinə görə, xüsusi əməliyyatlar terror təşkilatı tam məhv edilənə kimi aparılacaq.