Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan və Rusiya liderləri ikitərəfli gündəliyin bir sıra məsələləri, eləcə də regiondakı proseslər barədə danışıblar
Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.
Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.