Şəmkirdə icra başçısının növbəti qəbul günü - SAKİNLƏR BU DƏFƏ NƏ İSTƏDİLƏR?
FOTO

İyulun 6-da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.

 

Senzor.az bildirir ki, qəbul zamanı şəhid ailələrinin, qazilərin və  müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər. 

Sakinlər tərəfindən edilən müraciətlər, əvvəlki qəbullarda olduğu kimi, əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub. 

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətlərinə aid olanlarının bəziləri yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. 

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırılan  bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin problemlərinə operativ yanaşmalarını tapşırıb.

 

Qabil YUSİFOĞLU






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.