DİN-dən razılaşdırılmamış aksiyaya çağırış edənlərə xəbərdarlıq – “QARŞISI ALINACAQ!”

Daxili İşlər Nazirliyi (DİN)  iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

 

Senzor.az-ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq. 

Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.

 

Xatırladaq ki, iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın!” tələbilə  etiraz aksiyası keçirilməsi təşəbbüsü ilə Milli Şuranın və Müsavat Partiyasının fəalı   Tofiq Yaqublu çıxış edib. 

 

O, Turan agentliyinə  bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu  göndərib.

 

T.Yaqublu onu da əlavə edib ki, meriyanın   razılığından   asılı olmayaraq aksiyanı keçirmək niyyətindədir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.