Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı iki lider arasında regional və ikitərəfli əlaqələr müzakirə edilib.
Qeyd olunub ki, danışıq Qurban bayramı münasibətilə baş tutub. Liderlər bir-birilərini təbrik ediblər.