Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Tvitter” şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Maskın vəkilləri müvafiq bildirişi artıq “Tvitter” şirkətinin hüquq departamentinə göndəriblər.
Qarşı tərəfdən reaksiya gecikməyib. “Tvitter”in Direktorlar Şurasının sədri Bret Teylor deyib ki, İlon Maskı məhkəməyə verəcəklər.
Onun sözlərinə görə, şirkət məhkəmə vasitəsilə “Tvitter”in İlon Mask tərəfindən alınması üzrə müqavilənin şərtlərinin icrasına nail olmaq niyyətindədir.