“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.
Senzor.az-ın məlumatına görə, Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov olub.
35 yaşlı idmançı 71 km məsafədə qrup ötüşməsində bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri Özbəkistan, üçüncü yeri Monqolustan təmsilçisi tutub.
**10:43
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başlayıb.
Senzor.az bildirir ki, bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.
İdmançılar bu mərhələdə 71 kilometr məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.
Qeyd edək ki, idmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar. Bu növ üzrə ən yüksək nəticəni Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov qazanıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala layiq görülüblər.
Yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi isə elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.
Onu da qeyd edək ki, Şuşadakı ilk beynəlxalq turniri Gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyirlər.