Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, söhbət zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.
Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, Türkiyə lideri bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb.