Ermənistan Təhlükəsizlik Şurasının katibi: “HİKMƏT HACIYEVLƏ GÖRÜŞƏ ÜMİD EDİRƏM”

Ermənistan-Azərbaycan münasibətlərinin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətimizi davam etdiririk.

 

Senzor.az bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə son görüşünün ləğvi  nəzərə alınmaqla, bu prosesin dalana dirənib-dirənmədiyi barədə suala cavab verərkən deyib.

 

“Mən deməzdim ki, bu, dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirlərin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşdülər və ümumilikdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışdılar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls və irəli getmək üçün imkanlar var”, - A.Qriqoryan bildirib.

 

Onun sözlərinə görə, Ermənistan danışıqlara hazırdır və Azərbaycan tərəfdən belə siyasi iradə olarsa, daha sürətli irəliləyiş mümkün olacaq.

 

Eyni zamanda, Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib: “Bu görüş və digər məsələlər müzakirə olunur. Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik, Xarici İşlər nazirlikləri bunun üzərində işləyirlər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.