Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tehrana səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüşlər də olacaq. Dünən biz Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik və bu görüş də orada baş tutacaq”, - deyə Peskov Putinin İrana səfərinin təfərrüatları barədə danışarkən vurğulayıb.