Rusiya İstanbulda Ukrayna taxılına dair danışıqların nəticəsi olaraq yüklərin daşınması müddətində atəşkəsə razılaşıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə silah qaçaqmalçılığını istisna etmək üçün BMT-nin dəstəyi ilə daşımalarda iştirak edən gəmiləri yoxlayacaq.
Öz növbəsində BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq vurğulayıb ki, BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir.
“Mən liderimi qabaqlamayacağam. Baş katib tezliklə sizinlə görüşəcək. Ancaq qeyd etmək lazımdır ki, biz bunun müsbət bir şey olduğuna inanırıq”, - deyə danışıqların nəticəsi ilə bağlı sualı cavablandırarkən o vurğulayıb.