İyulun 14-də Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri və Baş naziri postuna seçkilərin ikinci turu keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səsvermədə sabiq maliyyə naziri Rişi Sunak 101, ticarət nazirinin müavini Penni Mordaunt 83, xarici işlər naziri Liz Truss 64, bərabərlik və özünüidarə məsələləri üzrə sabiq nazir Kami Badenok 49, Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat 32 səs toplayıb.
Cəmi 27 səs toplayan İngiltərə və Uelsin Baş prokuroru Suella Braverman mübarizədən kənarda qalıb.
Qeyd edək ki, seçkilər iki namizəd qalanadək davam edəcək.