Rusiya Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, atılan raketlərin biri çoxmərtəbəli ofis binasına düşüb, nəticədə 40-a yaxın avtomobil yanıb.
Son məlumata görə, raket hücumu nəticəsində 22 nəfər ölüb, 50-dən çox xəsarət alan var. 39 nəfərin taleyindən isə hələ də xəbər yoxdur və axtarışları davam etdirilir.
Onu da qeyd edək ki, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq şəhərdə birgünlük matəm elan olunub.
Bununla bağlı iyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.
Senzor.az