“Onların sakit gecələri olmayacaq”
ZELENSKİ RUSLARA “TERRORA CAVAB” VƏD ETDİ

Vinnitsaya və digər yerlərə terror hücumlarından sonra Rusiya işğalçıları "terrora ədalətli cavabın nə demək olduğunu" hiss etməlidirlər.

 

Senzor.az UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində deyib.

 

"Xüsusilə də sanksiyalar sayəsində hiss etməlidirlər. Əlbəttə, cavabın bir hissəsini mütləq Ukrayna Silahlı Qüvvələri təmin edəcək. İşğalçıların sakit gecələri olmayacaq", - deyə o vurğulayıb.

 

Zelenski artıq Vinnitsaya hücumda iştirak edən bütün cinayətkarların müəyyənləşdirilməsi işinə başlanıldığını bildirib.

 

"Həm milli, həm də beynəlxalq səviyyədə əlimizdən gələni edəcəyik ki, bütün rusiyalı qatillər əməllərinə görə cavab versinlər", - deyə o əlavə edib.

 

"Bu gün Avropa İttifaqı Rusiya Federasiyasına qarşı hazırlanan yeddinci sanksiyalar paketinin ilk detallarını açıqlayıb və Ukrayna diplomatlarının vəzifəsi bu paketin gücləndirilməsi üçün əllərindən gələni etməkdir", – deyə Prezident vurğulayıb.

 

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, iyulun 14-də rus işğalçıları Qara dənizdən “Kalibr” qanadlı raketləri ilə Vinnitsaya zərbələr endiriblər.

 

İyulun 15-i saat 12:00-a olan məlumata görə, bu raket zərbələrinin qurbanı olan 197 nəfər səhiyyə müəssisələrinə müraciət edib: 110 nəfərə ambulator yardım göstərilib, 80 nəfər xəstəxanada saxlanılıb. 3-ü uşaq olmaqla 23 nəfər həlak olub.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.