Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərinə raket zərbəsi endiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko Teleqram kanalında məlumat verib.
O qeyd edib ki, raketlər sənaye müəssisəsinə və onun yanındakı küçəyə düşüb. İlkin məlumata görə, 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Vilayət hərbi administrasiyasının sədri bildirib ki, dağıntının miqyası dəqiqləşdirilir.