Rusiya Ukraynadakı bütün qruplaşmaların hərəkətliliyini artıracaq
ŞOYQU TAPŞIRIQ VERDİ

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı silahlı qüvvələrə bütün istiqamətlər üzrə qruplaşmaların hərəkətliliyini artırmağı tapşırıb.

 

Senzor.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunub ki, Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarına baxış keçirib, ordu generalı Sergey Surovikin, general-polkovnik Aleksandr Lapinin və digər hərbi rəislərin hazırkı vəziyyət və düşmənin hərəkətləri barədə məruzələrini dinləyib.

 

“Rusiya müdafiə naziri Kiyev rejiminin Donbas və digər regionların yaşayış məntəqələrinin sakinlərinə və mülki infrastruktura kütləvi raket və artilleriya zərbələri endirmə ehtimalını istisna etmək üçün bütün əməliyyat bölgələrində qruplaşmaların hərəkətliliyini daha da artırmaq üçün lazımi göstərişlər verib”, - məlumatda vurğulanıb.

 

Bundan əlavə, müdafiə naziri xüsusi əməliyyat zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə general-polkovnik Aleksandr Lapinə və general-mayor Esedulla Abaçevə Rusiya Federasiyası Qəhrəmanının “Qızıl Ulduz” medallarını təqdim edib.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.