Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Prezident Ərdoğan söhbət zamanı uzun müddətdir üzərində işlədikləri əsir mübadiləsinin uğurla başa çatmasından və BMT-nin dəstəyi ilə əldə edilən İstanbul razılaşmasının icra vəziyyətindən məmnunluğunu ifadə edib.
Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraqlara xidmət etdiyini bildirən Prezident Ərdoğan, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işləri davam etdirdiklərini deyib. Dövlət başçısı daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu və Rusiyadan məhz belə addımların gözlənildiyini vurğulayıb.
Rusiya Prezidentinə Ukrayna ilə danışıqlara başlamağa çağırış edən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.