“Türk axını”nın lisenziyası ləğv edildi - BU KƏMƏRLƏ QAZIN NƏQLİ DAYANDIRILSA...

Avropa İttifaqının sanksiyaları səbəbindən “Türk axını” qaz kəmərinin operatorunun ixrac lisenziyası vaxtından əvvəl ləğv edilib. 

 

Azvision.az-ın məlumatına görə, bu o deməkdir ki, kəmərlə qazın nəqli davam etdirilə bilər, amma ona yalnız qəza xidməti göstəriləcək.

 

“Türk axını” hazırda Rusiya qazını maneəsiz olaraq Avropaya nəql edən yeganə kəmərdir. Onun iki qolu ilə ildə 33 milyard kubmetr qaz nəql edilir. Bunun yarısı Türkiyəyə gedir, kəmərin ikinci qolu isə Avropa İttifaqına daxil olur. Bolqarıstandan keçərək qazı Yunanıstan, Şimali Makedoniya, Serbiya və Macarıstan arasında paylayır.

 

Ekspertlərin fikrincə, bu kəmərlə qazın nəqli dayandırılarsa, Cənub-Şərqi Avropanın təchizatı ildə 16 milyard kubmetr azalacaq. Nəticədə Macarıstan və Serbiya qazsız qala bilərlər.

 

Bu arada, “Şimal Axını” kəmərlərinin zədələnməsi ilə bağlı həmin xəttlə qazın verilməsi 30 faizədək azalıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.