"Ukrayna danışıqları Rusiyanın növbəti prezidenti ilə aparacaq"
ZELENSKİ MƏSƏLƏNİ KONKRETLƏŞDİRDİ

Rusiya Prezidenti Vladimir Putinlə birgəyaşayışla bağlı razılaşmaq mümkün deyil, Ukrayna dialoqu Rusiyanın növbəti Prezidenti ilə aparacaq.

 

Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook”da video paylaşımında deyib.

 

Zelenski vurğulayıb ki, Ukrayna danışıqlarla bağlı səylərin əsas təşəbbüskarı olub və hələ də bu istiqamətdə liderdir. Əlavə edib ki, ölkəsi hər zaman Rusiyaya bərabərhüquqlu, vicdanlı və ədalətli şərtlərlə birgəyaşayış təklif edib.

 

“Aydındır ki, Rusiyanın hazırkı Prezidenti ilə bu, mümkün deyil. Ona görə də, biz artıq Rusiya ilə dialoqa Rusiyanın başqa Prezidenti ilə hazırıq”, - Zelensk qeyd edib.

 

Ukrayna Prezidenti vurğulayıb ki, sülhün yeganə yolu Ukraynanın güclənməsi və işğalçıları qovması ilə mümkündür və Ukrayna bu yolla gedəcək.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin "KXDR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələri ilə bağlı Kremldə çıxış edərkən Kiyevi bütün hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.