Kissincer: Ukraynanı NATO üzvü etmək olmaz!
ZELENSKİNİN MÜRACİƏTİNDƏN SONRA

Vaşinqtonun Ukraynanı NATO üzvü etmək cəhdləri ehtiyatsızlıqdır.

 

Senzor.az bildirir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Xarici Əlaqələr Şurasının virtual tədbiri zamanı deyib.

 

“Mən hesab edirəm ki, Ukraynanı NATO-ya daxil etməyə çalışmaq Amerikanın müdrik siyasətinə daxil deyil”, - deyə məşhur siyasətçi vurğulayıb.

 

Düzdür, rəsmi Vaşinqtonun nümayəndələri də dəfələrlə bəyan ediblər ki, hazırkı mərhələdə Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir. Amma eyni zamanda, ABŞ Alyansın heç vaxt “açıq qapı” siyasətindən əl çəkməyəcəyini vurğulayaraq, Kiyevin gələcəkdə təşkilata üzv olmağa cəhd edə biləcəyini də istisna etməyib.

 

Sentyabrın 30-da isə Ukrayna Prezidenti Volodimir Zelenski qondarma “DXR”, “LPR”, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsilə bağlı sazişlərin imzalanmasından sonra Kiyevin NATO-ya sürətli şəkildə daxil olmaq üçün müraciət etdiyini bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.