Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi “Hetman İvan Mazepa” hərbi gəmisi İstanbulda suya buraxılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasimdə Türkiyə rəsmiləri ilə yanaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak edib.
“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya buraxmaq şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək”, - deyə Zelenskaya özünün "Telegram" kanalında yazıb.
Qeyd edək ki, Türkiyədən iki gəminin alınması üçün bir neçə il əvvəl 140.7 milyon dollar dəyərində müqavilə imzalanıb. Layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır.