Ermənistan parlamenti sərhəddəki vəziyyəti müzakirə edəcək

Bu gün Ermənistan parlamentinin 4 günlük növbəti sessiyası öz işinə başlayıb.

  

Yerli KİV xəbər verir ki, sessiyanın gündəliyinə 21 məsələ daxil edilib.

 

Parlament “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri paketini və ona əlavə edilmiş qanun layihələrini, hərbi qulluqçuların dövriyyəsini tənzimləyən qanun layihələri paketini ikinci oxunuşda müzakirə edəcək.

Gündəliyə 2020-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhəddindəki hərbi əməliyyatlarla bağlı vəziyyətin öyrənilməsi üzrə Milli Məclisin İstintaq Komissiyasının fəaliyyətinin uzadılması ilə bağlı layihə də daxildir.

 

 

Verilən məlumata görə, erməni deputatlar sərhəddəki vəziyyəti müzakirə edəcəklər.

 

Qeyd olunur ki, müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları sessiyanı boykot edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.