“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər - SABAHKI OYUNDA

“Qarabağ” futbol klubunun azarkeşləri Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün "Georgios Karaiskakis" stadionuna xüsusi avtobuslarla, mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər.

 

Senzor.az Kluba istinadən bildirir ki, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

 

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Onlar matçın oynanılacağı arenaya Klub tərəfindən ayrılmış xüsusi avtobuslarla yollanacaqlar.

 

"Qarabağ" azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

 

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.