
“ShinyHunters” haker qrupu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) işə qəbul saytına kiberhücum etdiyini və qurumun minlərlə əməkdaşına aid məlumatları ələ keçirdiyini bildirib.
Bu barədə “Reuters” məlumat yayıb.
Hakerlərin iddiasına görə, sentyabrın 22-də FTB-nin vakansiyalar üçün nəzərdə tutulan saytı sındırılıb və qurumun hazırkı və keçmiş əməkdaşlarının böyük hissəsinə aid məlumatlar oğurlanıb.
“ShinyHunters” hücumun FTB-nin 2026-cı ilin mayında qrupun fəaliyyət üsulları barədə yaydığı məlumatlara cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Qrup sübut kimi sındırıldığı iddia edilən FTB saytının ekran görüntüsünü və minlərlə əməkdaşa aid məlumat nümunəsini yayıb. “Reuters” ekran görüntüsünün həqiqiliyini müstəqil şəkildə tam təsdiqləyə bilməyib. Agentliyin məlumatına görə, FTB isə “FBIjobs.gov” saytında icazəsiz fəaliyyətlə bağlı iddialardan xəbərdar olduğunu və məsələni araşdırdığını bildirib.