Tramp və Takaiti ABŞ-Yaponiya alyansını gücləndirmək barədə razılaşdılar

Yaponiyanın Baş naziri Sanae Takaiti və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən görüşdə ABŞ-Yaponiya alyansının çəkindirmə və cavab imkanlarını gücləndirmək barədə razılığa gəliblər.

 

Bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb. 

 

Görüş sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçirilib.

 

Məlumata görə, Tramp və Takaiti iqtisadi təhlükəsizlik məsələlərində də sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

 

Görüş zamanı Yaponiya hökumətinin başçısı ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nümayəndələrinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Tokionun mövqeyini də Trampın diqqətinə çatdırıb. Sanksiya tətbiq edilən şəxslər arasında məhkəmənin yaponiyalı sədri Tomoko Akane də var.

 

Xatırladaq ki, Tokio bundan əvvəl BCM-ni dəstəklədiyini və məhkəmə nümayəndələrinə qarşı ABŞ sanksiyalarından təəssüfləndiyini bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.