
“İran Ali rəhbəri Müctəba Xamenei nüvə məsələsi ilə bağlı yeni fətva verə bilər”.
“Teleqram” xəbər verir ki, bunu yerli KİV-ə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qəşqavi deyib.
“Bununla belə, indiyədək bu məsələdə əvvəlki (keçmiş Ali rəhbər Əli Xamenei tərəfindən verilmiş) fətvanın dəyişdirilməsi barədə heç nə eşitməmişəm. Rəhbərimizin öldürülməsi elə bir zəmin yaratdı ki, yeni rəhbər nüvə və bir sıra dini məsələlər də daxil bütün digər sahələrdə yeni fətvalar verə bilər”, - o vurğulayıb.
Xatırladaq ki, İranın keçmiş Ali rəhbəri Əli Xameneinin fətvası ilə ölkədə nüvə silahının hazırlanması qadağan olunmuşdu.