ABŞ, Danimarka və Qrenlandiya təhlükəsizliklə bağlı saziş imzaladılar
VİDEO

ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarka və Qrenlandiyanın Baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə və ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunun gücləndirilməsinə yönəlmiş saziş imzalayıblar.

 

Senzor.az bildirir ki, imzalama mərasimi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

 

Tramp bu sazişin uzun müddət hazırlandığını qeyd edib: "Bu, Avropa və Birləşmiş Ştatlar üçün böyük bir addımdır".

 

Frederiksen də bu razılaşmanı yüksək qiymətləndirərək sənədin əbədi qüvvədə ola biləcəyini bildirib. Onun sözlərinə görə, saziş ümumi təhlükəsizliyin və çəkindirmə sisteminin gücləndirilməsini nəzərdə tutur, həmçinin tərəflərin rəqiblər qarşısında birlik nümayiş etdirməsini təmin edir.

 

O qeyd edib ki, sənəd rəqiblərin Qrenlandiyaya nəzarəti ələ keçirməsinə və ya burada əhəmiyyətli təsir əldə etməsinə imkan verməyəcək, həmçinin müttəfiqlərin Arktikadakı mövcudluğunun gücləndirilməsinə kömək edəcək.

 

Nilsen isə bildirib ki, saziş Qrenlandiya sakinlərinin maraqlarını, onların hüquqlarını, həyat şəraitini və ərazinin inkişafını nəzərə alır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.