Gözlər Praqada: Sülh perspektivi istiqamətində razılıqlar əldə oluna bilər
ŞƏRH

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada görüşəcəkləri gözlənilir. Liderlər Avropa Siyasi Birliyi liderlərinin görüşündə bir araya gələ bilərlər. Müxtəlif KİV-in yazdığına görə, tərəflər Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcəklər. 

 

İddiala edilir ki, Ərdoğan Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq. Bu, Paşinyana daha çox lazımdır. 

 

Əvvəllər də dediyimiz kimi, Ermənistanın regiondakı durumu getdikcə çətinləşir. Bunun əsas üç səbəbi var. Birincisi, Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. Bu savaş İrəvanın bölgədə "ortalıqda qalması" ilə nəticələnə bilər.

 

İkincisi, Qərblə Kreml arasında davam edən mübarizə də Paşinyan hakimiyyətinin işini çətinləşdirir. 

 

Üçüncüsü, İrəvan Moskvadan uzaqlaşmağa çalışır. Paşinyanın Ermənistanın KTMT- dən çıxmasına dair səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir. 

Belə bir vaxtda Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistan üçün çox vacibdir. İndiyədək xüsusi nümayəndələr Sərdar Kılıçla Ruben Rubinyan arasında bir neçə dəfə görüş olub. Diplomatik münasibətlərin bərpası istiqamətində müəyyən yol qət edilib. Ərdoğanla Paşinyan isə yalnız telefonda danışıblar. Bu, liderlərin ilk görüşü olacaq. Düşünürəm ki, görüşdə gələcəyə hesablanmış müəyyən razılıqlar əldə oluna bilər. 

 

İndiyədək Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan dəfələrlə bildiriblər ki, Azərbaycan onların qırmızı xəttidir. Yəni İrəvən Ankara ilə diplomatik münasibətləri bərpa etmək istəyirsə, əvvəlcə rəsmi Bakının ərazi bütövlüyünü tanımalıdır. Şübhəsiz ki, ikitərəfli görüşdə Ermənistanla Azərbaycan arasındakı münasibətlər də müzakirə olunacaq. Dövlət sərhədindəki son durum, üçtərəfli sazişlərin icrası, həmçinin Zəngəzur dəhlizinin açılması barədə fikir mübadiləsi aparıla bilər. Müzakirələrin konstruktiv keçəcəyinə inanıram.

 

Paşinyan dünən parlamentdəki çıxışında sülh gündəliyə sadiq olduğunu söyləyib. İkitərəfli görüşdən bir gün əvvəl bu cür açıqlamanın verilməsini təsadüfi hesab etmirəm. Bu, İrəvanın Bakı və Ankaranın şərtlərini yerinə yetirəcəyinə dair ehtimalları artırır. 

 

Praqada Prezident İlham Əliyevlə də Paşinyanın görüşü gözlənilir. Düşünürəm ki, sülh perspektivinin formalaşması istiqamətində ciddi razılıqlar əldə oluna bilər. Çünki Ermənistan baş nazirinin şansları da, vaxtı da azalır. Paşinyan vaxtı uzatmağa çalışdıqca əlindəki imkanlarından da məhrum olacaq.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.