Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər.
Senzor.az bildirir ki, onlara kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verilib.
Qeyd edilib ki, bir neçə gün öncə aşkarlanmış kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslərin ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanılıb.
Diqqətə çatdırılıb ki, indiyədək Edillidə 25 nəfərin meyitinin qalıqları aşkar edilib.
Axtarışlar davam edəcək.